Sabahkı seçkiyə bu qədər namizəd gedir
Sabahkı növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 2431 nəfər Dairə Seçki Komissiyalarına müraciət edib. 2431 nəfərdən 1637 nəfərin namizədliyi qeydə alınıb.
MSK-dan verilən məlumata görə, onlardan 321 nəfər namizədliyini geri götürüb. İki nəfərin namizədliyi isə Mərkəzi Seçki Komissiyasının qərarı əsasında ləğv edilib. Beləliklə, dünənki iclasda namizədliyi ləğv edilən şəxs də daxil olmaqla, hazırda deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayı 1314 nəfərdir.
Xatırladaq ki, təşviqat mərhələsi dövründə iki nəfərin namizədliyi ikili vətəndaşlıq olması faktına görə MSK tərəfindən ləğv edilib. Onlardan biri, sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovdur. O, namizədliyini 46 saylı Şirvan seçki dairəsindən irəli sürmüşdü.
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...
-
Milli Məclis İlham Əliyev və xanımını təbrik edib
...
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...