Səsvermə başa çatdı – Səslər sayılır
Bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.
5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...