Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən cinayət başında yaxalanıb.
O, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ceyhun Babayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin işçisidir. Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur.
Məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq. Məsələ ilə bağlı sayt Telman Mehdiyevin özü ilə əlaqə saxlayıb.
“Bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyən Telman Mehdiyev danışmaqdan imtina edib.(gununsesi)
-
Əliyevin Ərdoğanla təkbətək görüşü oldu - Fotolar
...
-
Prezident Türkiyəyə getdi
...
-
İlham Əliyev onu da COP29-a dəvət etdi
...
-
Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü
...
-
Prezident icra başçısını vəzifədən azad etdi
...
-
Prezident DTX-nin fəaliyyəti ilə bağlı Fərmanda dəyişiklik etdi
...
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident icra başçısını işdən çıxardı
...