Sabah 38 dərəcə isti olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
-
Birinci Qarabağ Müharibəsi şəhidləri Nazim Şirinov və İsmayıl Xəlilov Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər – FOTOLAR
...
-
Ümumi səylər bəhrə verir
...
-
Birgə fəaliyyət töhfələr verir
...
-
Azad torpaqlarda Türk birliyini əyani şəkildə görürük
...
-
Qarşılıqlı əməkdaşlıq regionun xoş gələcəyi deməkdir
...
-
Türk dünyasının birliyi istiqamətində böyük səylər göstərilir
...
-
Geniş potensial və möhkəm siyasi iradə
...
-
Agentlik sədri iki qudasına yüksək vəzifə verib
...
-
Sabah 39° isti olacaq
...
-
Sabahın havası - 40° isti
...