“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov
“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” ilə keçirilən oyun barədə danışarkən deyib.
Varşavada baş tutan qarşılaşmada rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan Ağdam təmsilçisi qrup mərhələsində vəsiqə qazanıb.
Oyunsonrası mətbuat konfransında Qurbanov komandanın çıxışından razılıq bildirib: “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib.
Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...