Sabaha olan hava proqnozu
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...