Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçında iştirak etməyəcək
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.
Bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çəlikəl məlumat verib. O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.
Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: "Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Xatırladaq ki, Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...