"World Masters": Azərbaycan cüdoçusu finalda
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində finala yüksəlib.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk3 görüşündə Ramazan Dərviş (Misir), Quham Ço (Cənubi Koreya) və Şadi Elnahası (Kanada) məğlub edib.
Yarımfinalda isə Kotsoyev Simeon Katharinanı (Niderland) qızıl xalla üstələməyi bacarıb.
Eyni çəkidəki Elmar Qasımov Rafael Buzakariniyə (Braziliya) qalib gəlsə də, Peter Paltçikin (İsrail) müqavimətini qıra bilməyib.
Qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində İrina Kindzerska yarışa 1/8 finaldan qoşulub və Jasmin Qrabovski (Almaniya) ilə Hayun Kimdən (Cənubi Koreya) güclü olub. O, yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gələcək.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu mübarizə aparsa da, heç biri medal qazana bilməyib.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...