Kamran Ağayev uzun müddətdən sonra meydana qayıtdı
"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev mövsümün ikinci yarısına hazırdır.
Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
40 yaşlı mütəxəssis təcrübəli qolkiperin uzun müddətdən sonra yanvarın 14-də meydana çıxdığını söyləyib: "Sabah"a 0:1 hesabı ilə uduzuduğumuz yoldaşlıq matçının ikinci hissəsində Ağayevi meydana buraxdıq. İstəyirik ki, onu ən azı əvvəlki vəziyyətinə gətirib çatdıraq".
Hacıyevin sözlərinə görə, 35 yaşlı qolkiperin rəsmi oyunlarda çıxışı hazırlıq durumundan və matçların xarakterindən asılı olacaq: "Kamran ürəklə məşq edir. Çox istəyir ki, qısa müddətdə əvvəlki formasına qayıtsın. Biz də ehtiyatlı olmalıyıq. Uzun müddət rəsmi matça çıxmayıb. İmkan tapdıqca onu meydanda görə biləcəyik. Onu deyə bilərəm ki, artıq oyunların sifariş ərizəsinə də daxil edəcəyik".
Baş məşqçi "Yanvarın 25-də "Zaqatala" ilə ölkə kubokunun 1/8 final matçında Kamran Ağayevi meydanda görə bilərikmi" sualına belə cavab verib: "Hazırda yanvarın 21-də "Neftçi"yə qarşı keçirəcəyimiz Premyer Liqa matçı haqqında düşünürük. Qarşılaşmadan sonra əlimizdə olan oyunçulara baxıb, kubok oyununa köklənəcəyik".
Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...