Oleq Krapivin “YAŞAT” Fonduna 10 min dollar yardım etdi
Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin “YAŞAT” Fonduna dəstək olub.
O, fonda 10 min dollar köçürüb.
Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə “Veten” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.
2016-cı ildə Prezident İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adını verib. Həmçinin Krapivin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərdiyi fəaliyyətə görə medalla təltif edilib.
Xatırladaq ki, Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək üçün yaradılmış fonda 20 min dollar köçürmüşdü.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...