“İlham Əliyev Şuşada məktəb layihəsi ilə bağlı tapşırıqlarını verdi”
“Prezident İlham Əliyev Türkiyənin “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən Şuşa şəhərində inşa olunacaq ibtidai məktəb layihəsinin tezliklə tamamlanması və bölgədə həyata keçirilən layihələr arasında ona yer ayrılması ilə bağlı tapşırıq verib”.
Bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mövlud Karakaya bildirib.
O qeyd edib ki, MHP sədri Dövlət Baxçalı bir müddət əvvəl sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev məqsədəuyğun hesab edərsə, Şuşada ibtidai məktəb inşa etmək niyyətində olduğunu qeyd edib.
“Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən Şuşa şəhərində inşa olunacaq ibtidai məktəb binasının layihəsi çox qısa zamanda hazırlanıb və nümayəndə heyəti bu məqsədlə Azərbaycana səfər edib:
“Layihənin memarı keçmiş Sparta bələdiyyə başqanı Yusuf Ziya Günaydın, layihənin rəhbəri “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” sədri Əhməd Yıldırım və mən - MHP-nin sədr müavini Mövlud Karakaya bununla bağlı səfərə gəldik. Yanvar ayının 30-da bu məsələ ilə bağlı Azərbaycanda bir sıra dövlət şəxsləri , o cümlədən, təhsil naziri Emin Əmrullayevlə görüşdük. Görüşümüz həm də tarixi əhəmiyyət daşıyırdı. Çünki 30 yanvar həm də Üzeyir Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himninin yazıldığı gündür. Bu gün isə Prezident İlham Əliyev bizim nümayəndə heyətini qəbul etdi və aparılan müzakirələrlə bağlı məlumat aldı. O, Şuşada məktəb layihəsinin ən qısa müddətdə tamamlanması və layihəyə yer ayrılması ilə bağlı tapşırıqlarını verdi”.
Mövlud Karakaya həmçinin bildirib ki, Şuşa şəhərində inşa olunacaq məktəb dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyacaq.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...