Bu dəfə Şəmkirdə karantin qaydaları pozuldu - Video
Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. Ölkədə toy-yas mərasimləri də daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Karantin qaydalarını pozaraq kütləvi şəkildə toplaşan şəxslər polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunvericiliyə uyğun şəkildə cəzalandırılır. Buna baxmayaraq, tez-tez sosial şəbəkələrdə ad günü, nişan, toy və ya digər mərasimlərin keçirilməsinin şahidi oluruq.
Belə tədbirlərdən biri də ötən gün Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, sosial şəbəkələrdə “Bravo” supermarketlər şəbəkəsinin Şəmkir filialının açılışında çəkilmiş videogörüntülər yayılıb. Müzakirələrə səbəb olan videodan aydın olur ki, mağazanın açılışına gələn şəxslər arasında heç bir sosial məsafə gözlənilməyib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da qatıldığı açılış mərasimində yüzlərlə şəxs mağazanın qarşısına toplaşaraq izdiham yaradıblar.
Açılış mərasimində polis əməkdaşları gözə dəysə də, onlar da toplaşanlar arasında tənzimləmə aparmırlar. Bu isə son günlər yenə də koronavirus pandemiyasına yoluxmanın artdığı bir vaxtda karantin qaydalarının kobud şəkildə pozulmasıdır.
Qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsinin Bakıda yerləşən şöbələrində karantin qaydalarına tam əməl olunur. Mağazaya daxil olan şəxslərin temperaturu ölçülür, əllərinə dezinfeksiyaedici məhlul vurulur və müştərilər arasında sosial məsafəyə əməl olunması üçün döşəməyə nişanlar qoyulur.
Şəmkirdə çəkilmiş sözügedən görüntüləri təqdim edirik:
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...