Azarkeşlər AFFA və PFL-ə müraciət etdi
“Neftçi” və “Qarabağ”ın ən böyük azarkeş qrupları Azərbaycan Premyer Liqasının son - 28-ci turunda bu komandaların qarşılaşacağı matça azarkeş buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.
Bu haqda “İmarət Tayfa” və “Forze Neftçi” özlərinin Feysbuk hesablarında paylaşım ediblər.
“Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!
PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!” - deyə “İmarət Tayfa”nın feysbuk səhifəsində qeyd olunub.
“Forze Neftçi”nin isə Feysbuk səhifəsində bu sözlər yer alıb: “Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Liqasının son turunda gerçəkləşəcək “Neftçi” – “Qarabağ” matçına azarkeşlər buraxılsın”.
-
Azərbaycanlı avarçəkənlər Türkiyədə “Bahar Kuboku” yarışında iştirak edəcək
...
-
Bakıda çövkən üzrə dünya çempionatı start götürüb - FOTO
...
-
Əfran İsmayılov: "Qazaxlar bizə sədd oldu"
...
-
Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində qrup lideri kimi yarımfinala yüksəlib
...
-
Avropa Kuboku: Millimiz Ermənistana böyük hesabla qalib gəlib
...
-
Millimiz Albaniyaya məğlub oldu
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçirildi - Fotolar
...
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...