Bakı Drift Kuboku turniri keçirildi - Fotolar
Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Nazirliyinin Su İdmanı Sarayının təşkilatçılığı ilə Bakı Drift Kuboku turniri keçirilib.
Tədbir çərçivəsində avtoidman həvəskarları üçün "Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar” və sportkarla "burnout” və drift şouları təqdim olunub.
Drift yarışlarının keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyən edilməsidir.
Avtoidman yarışları, eyni zamanda ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində yol təhlükəsizliyinin artırılmasına da töhfə vermiş olur.
Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Halqasının təşkilati dəstəyi ilə keçirilən Drift Kubokunda yarış iştirakçılarını "Drift All Stars European Series” promouteri Nayl Qann, eləcə də Bəhreyn Avtomobil Federasiyasından dəvət olunan hakimlərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Builki kubokun sahibi "BMW E36" markalı avtomobili ilə Fəxri Gülməmmədov olub.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...