Kürdəmirdə şəhid övladları ilə görüş keçirilib
Mayın 31-də Kürdəmir Regional Asan Xidmət Mərkəzinin uşaq əyləncə mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları ilə görüş keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhid ailələri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov öncə uşaqları təbrik edib. O bildirib ki, Azərbaycanda uşaqlar həmişə dövlətin diqqət mərkəzindədir: “Bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
Görüşdə şəhid övladlarına hədiyyələr təqdim edilib. Tədbir uşaqların ifasında təqdim olunan mahnı və rəqslərlə başa çatıb.
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...