Heydər Əliyev Mərkəzi təqdim edir - “Müasir Bakı” videolayihəsi
Paytaxt Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub.
DJ Kənan Drums-ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır. Musiqinin müşayiəti ilə Alov Qüllələri, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri təqdim edilir.
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan layihənin 8 Noyabr - Zəfər Günü ərəfəsində təqdim olunması isə ölkəmizin qüdrətinin və gözəlliyinin daha bir tərənnümüdür. Eyni zamanda turizm baxımından Bakının cəlbediciliyini geniş auditoriyaya nümayiş etdirir.
Qeyd edək ki, son illər yüksəklikdən istifadə olunmaqla belə musiqi layihələrinin çəkilişləri dəbdədir və zaman keçdikcə musiqiçilər mütəmadi bu formata üz tuturlar. Belə təqdimatlar indiyədək Nyu-Yorkda (DJ Tiesto,“Live from Edge New York City”), Dubayda da (DJ David Guetta, “United at Home. Dubai Edition”) reallaşıb. Tanınmış DJ David Guetta öz çıxışını Dubayda, dünyanın ən hündür binası olan “Bürc-Xəlifə”də, DJ Tiesto Nyu-Yorkda “Hudson Yards”ın “The Edge” müşahidə göyərtəsində təqdim etməklə əsrarəngiz musiqili video hazırlayıblar.
Bakı layihəsi isə paytaxtımızın müasir memarlığı sırasında olan İqtisadiyyat Nazirliyinin inzibati binasının damında lentə alınıb.
Layihə “SS Production” şirkətinin texniki dəstəyi ilə reallaşıb və çəkilişlərdə müasir video, işıq avadanlıqlarından istifadə olunub.
-
“CineMastercard” Şamaxı şəhərində açıq havada filmlərin nümayişini keçirir
...
-
Əli Rzazadənin "Cənab Leytenant" romanı təqdimat olundu - FOTOLAR
...
-
“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında
...
-
“CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib
...
-
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq
...
-
“CineMastercard”da “Furiosa: Çılğın Maks Əfsanəsi” filmi nümayişi olunub - VİDEO/FOTO
...
-
Beyinsəl və ruhən xəyanət daha qorxuncdu - ÖZƏL MÜSAHİBƏ
...
-
Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
...
-
“Kasıbçılıqla böyümüşəm, ali təhsil ala bilməmişəm” - Video
...
-
"Parkda" tamaşası və onun xalqa verdiyi mesajlar
...