Türkiyədə 1 milyonluq sual müzakirələrə səbəb oldu - Video
Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyoner olmak ister” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.
Iştirakçıya təqdim oluanan 1 milyonluq sual “Dədə Qorqud boyu” ilə bağlı olub.
Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Dədə Qorqud boyu”da iştirak etmədiyi soruşulub.
Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkə istifadəçilər sualın asan olduğunu bildiriblər.
Qeyd edək ki, iştirakçı sualla bağlı tərəddüt etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36492 AZN) lə tərk edib.
Sualın cavabı isə A variantı "Bala Hatun" olub.
Qeyd edək ki, 20 yaşlı Batu Alıcı Boğaziçi Universitetində Elektrik və Elektronika ixtisası üzrə təhsil alır. O, universitetə giriş imtahanında ölkə üzrə 404-cü olub.
-
"Parkda" tamaşası və onun xalqa verdiyi mesajlar
...
-
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
...
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...