Fevralın 14-də hava necə olacaq?
Fevralın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
-
Birinci Qarabağ Müharibəsi şəhidləri Nazim Şirinov və İsmayıl Xəlilov Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər – FOTOLAR
...
-
Ümumi səylər bəhrə verir
...
-
Birgə fəaliyyət töhfələr verir
...
-
Azad torpaqlarda Türk birliyini əyani şəkildə görürük
...
-
Qarşılıqlı əməkdaşlıq regionun xoş gələcəyi deməkdir
...
-
Türk dünyasının birliyi istiqamətində böyük səylər göstərilir
...
-
Geniş potensial və möhkəm siyasi iradə
...
-
Agentlik sədri iki qudasına yüksək vəzifə verib
...
-
Sabah 39° isti olacaq
...
-
Sabahın havası - 40° isti
...