İcra başçılarının vəzifələri artırıldı
Yerli icra hakimiyyətinin başçısının vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, yerli icra hakimiyyətinin başçısı yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
- ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
- özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
- tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
- habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
- tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini.
Yerli icra hakimiyyəti başçısı şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edəcək. Bu vəzifə rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilməyəcək.
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...
-
“Azərişıq” “General Group Co.” ilə birgə layihə həyata keçirdi - Fotolar
...
-
Bakıda unikal piyada körpüsü inşa edilir - Video
...
-
Unun qiyməti qalxdı
...
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - Video
...
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...