Azərbaycanın basketbol milliləri Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər
3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.
Federasiyadan verilən məlumata görə, bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət komanda A qrupunda meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.
Millinin heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.
Qadınlardan ibarət kollektiv isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandada Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova olacaq.
Qeyd edək ki, qarşılaşmalar 17-18 iyunda gerçəkləşəcək. Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...