“Maxim” dəstək xitməti neçə “layk” alır?
“Maxim” mütəxəssisləri istifadəçilər üçün xidmətin işini daha rahat etmək
məqsədilə düşünüb-daşınıb və həll yolu tapıb – indi dəstək xidmətinin işini
qiymətləndirmək olar.
Dəstəyin cavabına “layk” və ya “dislayk” qoymaq imkanı olan funksiya
istifadəçilərin məsələlərinin həllinin effektliliyini izləmək məqsədilə işə salınıb.
İstifadəçilərin reaksiyalarının analizi belə bir nəticəyə gəlməyə imkan verib
ki, 95% müsbət qiymətləndirmə əsaslıdır – dəstək mütəxəssisləri, həqiqətən də,
hər hansı bir situasiyanın həllində kömək edə biliblər.
“Dislayk” faizi azdır və adəti üzrə, həm istifadəçinin fikri və ya istəyi ilə üst-
üstə düşməyən korrekt cavablar, həm də istifadəçilərin ətraflı məlumat almadığı
cavablar mənfi qiymətləndirilir.
Hazırkı funksiya daha çox diqqət yetirilməli olan müraciətləri
müəyyənləşdirməyə və situasiyanı vaxtında düzəltməyə imkan verir.
Gələcəkdə qiymətləndirməyə şərh qoymaq funksiyasını əlavə etmək
planlaşdırlır.
Geri əlaqə xidmətin keyfiyyətini və istifadəçilərin dəstəyini yaxşılaşdırmağa
kömək edir.
Qeyd edək ki, şirkət 2003-cü ildən nəqliyyat sifarişi və digər xidmətlərin innovasiya texnologiyalarını
yaradır ki, bu da onu daha müasir, əlçatan və təhlükəsiz edir. Xidmət qeyri-məhdud sayda
sifarişçiləri və icraçıları qoşmağa və milyonlarla sifariş emal etməyə imkan verən proqram-
aparat kompleksi yaradıb. Milyonlarla istifadəçiləri olan “Maxim” xidmətlərinin sifarişi üçün
əlavə və Taxsee Driver sifarişləri ilə iş üçün əlavə dünya əlavələri reytinqinə daxildir.
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...
-
“Azərişıq” “General Group Co.” ilə birgə layihə həyata keçirdi - Fotolar
...
-
Bakıda unikal piyada körpüsü inşa edilir - Video
...
-
Unun qiyməti qalxdı
...
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - Video
...
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...