Fransa regionda sülh prosesini pozmağa və gərginliyi artırmağa çalışır

20:38 13-10-2023 | icon 617
Fransa regionda sülh prosesini pozmağa və gərginliyi artırmağa çalışır

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüş zamanı 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən, müharibədən sonrakı dövrdə ermənilərin terrorçuluq siyasətini davam etdirməsi və buna cavab olaraq cəmi 24 saatdan da az bir müddətdə aparılan antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından danışan cənab prezident qeyd etdi ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas rol oynayan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.  

    Dünyada neomüstəmləkəçi, ikiüzlü, irqçi siyasəti ilə tanınan Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəklənməsi, eləcə rəsmi Parisin postmüharibə dövründə ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddialar onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

    Birmənalı demək olar ki, son iki həftə Cənubi Qafaqzın tarixində hərbi müstəvidə ən sabit dövr kimi qiymətləndirilir. Şübhəsiz, bu sabitlik Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması sayəsində  mümkün olub. Çox təəssüf ki, hərbi müstəvidə yaranmış bu sabitliyə Fransa başda olmaqla bəzi ölkələr və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə, Fransanın Ermənistana silah-sursat verməsi, bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Əlbəttə ki, əsas məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.

    Prezident İlham Əliyev bildirib ki, Fransanın rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu qeyd etmək lazımdır. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Dövlətimizin başçısı vurğulayıb ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil...”

    Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir.  Müxtəlif kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, Fransanın mülki təhlükəsizlik əsgərləri artıq Ermənistandadır.

      Heç kimə sirr deyil ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib. Birmənalı demək olar ki, son zamanlar Fransanın apardığı siyasət Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir. Amma Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir və edəcəkdir.

Gülər Quliyeva,

 Gülər Quliyeva

Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP fəalı

Digər xəbərlər

0.39857196807861