Səttar Möhbalıyev: “Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir”

16:37 07-12-2023 | icon 385
Səttar Möhbalıyev: “Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir”

“Azərbaycan bu gün öz sözünü açıq deyən, dövlət və xalqın mənafeyi naminə
qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki onun rəhbəri cənab İlham Əliyev haqq
və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır.
Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunun
Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal
siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya
çağırış edirdi, münaqişənin sülh yolu ilə həllinə səsləyirdi. Amma nə Ermənistan
sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan
tərəfi bu münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın
istəyi nə idi: işğalı aradan qaldırmaq, bütün ölkədə dövlət suverenliyini təmin
etmək, ərazidən zorla qovulmuş 1 milyondan artıq sakinin hüquqlarını bərpa etmək
və s. Azərbaycanın formalaşdırdığı reallıqlar isə sülhə, təhlükəsizliyə, iqtisadi
inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Qarabağ: 30
ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda təqdir olundu.
Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən
hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi
Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə
üzləşilən çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və
onları maraqlandıran sualları cavablandırdı. Ünvanlanan sualların məzmunundan
da görünürdü ki, forum iştirakçıları Azərbaycanın bölgəyə gətirdiyi reallıqların
mahiyyətini və əhəmiyyətini dərk edir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Ceymstaun Fondunu təmsilçisi cənab Metyu Brayza işğaldan azad edilmiş
Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində
darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan
yoxdur. Hətta bunu görünməmiş hal adlandırdı. Aydın olur ki, artıq hamı görülən
işlərin fərqindədir. Həqiqətən də, Azərbaycan həmin ərazilərdə misli görünməmiş
tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər,
qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən
gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini
yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir.
Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış
məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı
olub. Bərpa işlərinə indiyədək büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf
edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard
dollar həcmində nəzərdə tutulub”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri qeyd edib ki, həm Ermənistan iqtidarı, həm də müxalifəti
Prezidentimizin çıxışından dərs götürməlidir: “Bilməlidirlər ki, onların işğal
planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki dəmir
yumruq yerindədir. Qaşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur
ki, onlara mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır.
Ümumilikdə dövlətimizin başçısı cənab İlham Əliyev forumda Azərbaycanın sülh
səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə
mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri
iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün
əhəmiyyətini göstərdi”.


Digər xəbərlər

0.82539486885071