Temperatur 3-6 ° enəcək - Şaxta olacaq
Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 12-dən 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq.
Dekabrın 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 11 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...