Faiq Qarayev yenə voleybol yığmamızın baş məşqçisi oldu
Qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığmasına baş məşqçi təyinatı rəsmiləşib.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov məlumat verib. O bildirib ki, bu posta Faiq Qarayev təyin edilib.
Daha sonra Faiq Qarayev təyinatı barədə danışıb: “Gələn il voleybolda keçirdiyim 40-cı il olacaq. Bir insan yeni vəzifəyə gələndə özünə sual verir ki, məqsədim nədir? Voleybolda bir az durğunluq var və bunun da səbəbləri mövcuddur. Bizim voleybol daim yüksəkdə olub, Avropa və dünya çempionatlarında iştirak edib. Məni görənlər soruşur ki, nə zaman voleybolda uğur olacaq? Bunun üçün potensialımız var. Düzgün iş qurmalıyıq, sistem yaratmalıyıq”.
F. Qarayev həmçinin əvvəlki anları, adrenalini yaşamaq istəyini vurğulayıb: “Mənim yadımdadır ki, 2000-ci illərdə bu işə başlayanda Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi məndən soruşdu ki, yaxşı işə başlamaq üçün nə lazımdır? Topumuz da yox idi, zalımız da yox idi. Bütün şəraiti yaratdı. Baş məşqçi də gələ bilərdi. Amma düşündüm ki, yaxşı məşqçi korpusumuz var və düzgün işlər görəcəyik. Yadımdadır ki, əvvəllər zallar necə dolurdu. Həmin anları, adrenalini yenə yaşamaq istəyirəm”.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...