Xocalıda Soyqırımı Memorialı milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək

17:26 28-02-2024 | icon 1083
Xocalıda Soyqırımı Memorialı milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək

ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə
həsr olunmuş memorial kompleksin təməlini qoydu.
Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz
buraya qayıdacağıq” sözləri bir daha sübut etdi ki, gələcəyə hesablanmış
siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas
amillər onun gələcəyə olan inamı və xalqın dəstəyindən almasıdır. Dövlət
siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər.
Hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas anlayışlarından olmaq
haqqını qazanıblar.
Dövlət başçısının fikirləri bizlərə onu da göstərir ki, zamanında cavabsız
qalmış bəzi sualların cavablarını biz real həyatda əldə olunmuş nəticələrdə,
uğurlarda görürük. Bəzi qərəzli tənqidlərin cavabsız qalmasının əsas səbəbi
budur ki, vaxtından tez verilmiş şərhlər və ya cavablar müəyyən olunmuş
hədəflərə aparan siyasi strategiyanı ifşa edə bilər. İfşa olunmuş strategiya isə
hədəflərin nail olunması üçün əsaslı maneələrin yaranmasına səbəb ola bilər.
Cənab Prezidentimizin də Xocalılarla görüşdə qeyd etdiyi kimi: “Biz
tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş
meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın“.
Bütün məqamları dəyərləndirərkən Prezident İlham Əliyev bildirdi ki,
otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının
xatirəsini əbədiləşdirmək üçün 26 fevral günündə memorial kompleksin təməli
qoyuur. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı
şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial
kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o
hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım
və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız
qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq.
Xocalılarla bu görüş kifayət qədər səmimi oldu, yaşanmış emosiyalar
isə xalq-dövlət birliyinin daha bir açıq təzahürü idi. Prezident dedi: “Əminəm,
Azərbaycan ictimaiyyəti gələcəkdə yazılacaq müxtəlif memuarların
səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda yeni və maraqlı
faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə
Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini
təşkil etdiyi üçün sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma
mərasimi unudulmayacaq və milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək.
Etibar Sadıqov,
Cəlilabad rayon, Peşə Təhsil Mərkəzinin direktoru


Digər xəbərlər

0.36432290077209