Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
Azərbaycanın akademik avarçəkməni Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Yığmanın lideri bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
Dımçenko yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub - 07:40.67 dəqiqə. Bu nəticə ilə avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, A finalında yarışı ilk "üçlük"də başa vuran idmançılara Olimpiya lisenziyası verilib. Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...