AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar

14:54 14-05-2024 | icon 785
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə “Push30” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  

Bununla əlaqədar mayın 12-də “Dədə Qorqud” parkında master-klass ictimai layihə təşkil olunub.  Layihənin şərtlərinə əsasən “Instagram” üzərindən “Push30.az” səhifəsində qeydiyyatdan keçən 250 nəfərdən çox sakin təlim qayıqlarında avar çəkiblər. Avarçəkmə idmanı paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, razılaşmaya əsasən “Push30”da olan idman növləri sırasına avarçəkmə də daxil edilib. Artıq “Push30”da QR kod vasitəsi ilə avarçəkmə idmanını seçərək məşqlərə qoşulmaq olar.  Məşqlər Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxınlığında hər gün keçirilir.  Ərazi “Suraxanı” gəmi muzeyinə də yaxındır.

 

 






Digər xəbərlər

0.4774169921875