2016-cı il Bakı sakinlərinin yaddaşında hansı hadisələrlə qaldı? – SORĞU
Yola saldığımız 2016-cı il dünyada bir çox hadisələrlə yadda qaldı. Bəs görəsən, beynəlxalq aləmdə baş verənlərə Bakı sakinlərinin münasibəti necədir? Paytaxt sakinləri hansı hadisələri 2016-cı ilin unudulmazları sırasında görüblər?
Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini açıqlayıb.
Rəyi soruşulmuş paytaxt sakinlərinin 29%-i üçün ilin əsas hadisəsi Suriya və onun ətrafında baş verənlər olub. Yaxın Şərq münaqişəsinin adını çəkənlər, əsasən, 65 və daha çox yaşı olan ahıl nəslin nümayəndələridir (38%). Kişi respondentlərin arasında 2016-cı ildə ən çox yaddaqalan (32%) hadisə də məhz Suriya böhranıdır.
Türkiyədə hərbi çevrilişə cəhd də paytaxt sakinlərinin diqqətindən yayınmayıb (28%). Əsasən, orta nəslin nümayəndələri (45-54 yaş aralığı) çevriliş cəhdini ilin hadisəsi adlandırıblar (41%). Və maraqlısı budur ki, bu qadın respondentlərin 2016-cı ildə ən çox xatırladığı hadisədir (30%).
Terror aktları da ötən ili xatırlayanların siyahısında top beşliyə düşməyi bacarıb. Bakı respondentlərinin beşdə biri (19%) 2016-cı ili daha çox terror hadisələri ilə assosiasiya etdiklərini bildiriblər.
ABŞ-da keçirilən prezident seçkiləri də Bakı sakinlərinin diqqətindən yayınmayıb. Rəyi soruşulan sakinlərin 18%-i Donald Tramp və Hillari Klinton arasındakı seçki marafonunu ilin ən xatırlanan hadisəsi hesab edib. Xüsusən, gənc nəslin nümayəndələri (18-24 yaş aralığı) ABŞ-da baş tutan seçkilərə diqqət ayırıblar (26%).
İlin sonunda Ankaradakı Rusiya səfiri Andrey Karlovun öldürülməsi 17%, İŞİD-in fəaliyyəti isə 12% respondentin ən yaddaqalan hadisələridir.
Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğunun nəticələrində yanlışlıq həddi maksimum 4,9%-dir.
A.M.
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...