“Səbail” fırıldaqçılarla bağlı bəyanat yaydı
“Səbail” klubu bəyanat yayıb.Paytaxt klubunun feysbukdakı rəsmi səhifəsində verilən bəyanatda İlqar adlı bir şəxsin orta məktəbləri gəzərək, uşaqları pul müqabilində komandaya götürmək sözü verdiyi, həmin şəxsin klubla heç bir bağlılığının olmadığı vurğulanıb.
İnsanların bu cür fırıldaqçılara inanmamaları ilə bağlı xəbərdarlıq edilib:
“İlqar adlı bir şəxs (soyadını bilmirik) bir neçə orta məktəbdə özünü “Səbail” FK-nın əməkdaşı kimi təqdim etməklə guya klubun nəzdində fəaliyyət göstərən ödənişli qruplarda uşaqların məşq keçməsinə vasitəçi olacağını bildirir, onlardan maddi vəsait əldə etməyə çalışır, bunun müqabilində uşaqların “Səbail” klubuna cəlb olunmasına yardım edəcəyini deyir. “Səbail” FK olaraq bəyan edirik ki, klubumuzda heç bir ÖDƏNİŞLİ qrup fəaliyyət göstərmir və klubumuzun heç bir əməkdaşına hər hansı təhsil müəssisəsində yuxarıda qeyd olunmuş işlərin həyata keçirilməsi barədə tapşırıq verilməyib. “Səbail” Futbol Klubunun adından istifadə edən fırıldaqçılara aldanmayın! Bu cür halla rastlaşacağınız təqdirdə bizə məlumat verməyinizi xahiş edirik”.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...