“Metropoliten”in keçmiş rəhbəri vəzifəsindən getdi
"Bakı Metropoliteni" QSC-nin tikinti departamentinin rəisi İqor Xankişiyev vəzifəsindən azad edilib. İ.Xankişiyev yaş həddinə görə, vəzifəsindən azad olunması üçün "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynova ərizə ilə müraciət edib.
QSC sədri onun ərizəsini qəbul edərək İqor Xankişiyevi vəzifəsindən azad edib.
QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edərək bildirib ki, İqor Xankişiyev yaş həddinə görə işindən öz ərizəsilə ayrılıb: "Uzun müddət isə metro tikintisində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilə qədər "Azərtunelmetrotikinti" ASC-nin sədr müavini, QSC yarandıqdan sonra isə tikinti departamentinin rəisi vəzifəsində çaılışıb. Gözəl insan və təcrübəli mütəxəssis olub".
Qeyd edək ki, İqor Xankişiyevin 79 yaşı var və 1979-1987-ci illərdə "Bakı Metropolitenin"in də rəisi işləyib. 2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur." "Bakı Metropolitenin"in 50 illik yubleyində prezidentin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...