Bakı Nəqliyyat Agentliyi avtobus sürücüsü axtarır
Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edib.
Vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);
2. Ümumi tibbi arayış;
3. “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır.
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...