“Bakı Marafonu 2018”də qaliblər müəyyənləşdi
Sayca üçüncü dəfə təşkil edilən “Bakı Marafonu” başa çatıb.
Kişilərdə finişə ilk çatan ukraynalı İqor Oletirenko olub.
İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu tutub.
Qadınlar kateqroyası üzrə isə türkiyəli Çelik Fadime finişə hamıdan birinci çatıb.
İkinci yerin sahibi ukraynalı Valentina Poltavtikadır. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova (1993) tamamlayıb.
Qeyd edək ki, marafonda iştirak üçün 18 min nəfər qeydiyyatdan keçmişdi.
“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...