Gəncənin yeni başçısı sakinlərlə görüşdü - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.
Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə 40-dan artıq şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...