Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriyanın vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub.
Nazir Ramin Quluzadə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın mühüm əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqinin genişləndirilməsinə və bu istiqamətlər üzrə beynəlxalq əlaqələrin möhkəmlənməsinə səbəb olub.
Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də, innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...