Nazirlikdən maraqlı layihə
Mədəniyyət Nazirliyi Azərbaycanın musiqi mədəniyyətinin təbliğ edilməsi, mədəniyyət obyektlərinə marağın daha da artırılması məqsədilə “Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlayıb.
Marşrutun proqramına görkəmli musiqi xadimlərinin ev-muzeyləri, abidələri, teatr və konsert müəssisələri, nümayiş obyektləri, musiqi xadimləri haqqında qısa məlumatlar və fotolar əlavə edilib. “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutunun proqramı 4 günlük nəzərdə tutulub, lakin gələcəkdə turizm şirkətləri tərəfindən proqram qonaqların istəyinə əsasən uyğunlaşdırıla bilər.
Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycanın musiqi mədəniyyətinin geniş şəkildə təbliğinə, ölkəmizin musiqi xadimlərinin tanıdılmasına və mədəni sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Bununla yanaşı, hər il ölkəmizdə müxtəlif beynəlxalq musiqi festivallarının keçirildiyi nəzərə alsaq, “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutu ölkəmizə gələn əcnəbi qonaqlar arasında növbəti il üçün keçirilməsi nəzərdə tutulan Rostropoviç Beynəlxalq Musiqi Festivalı, “Jara-2019” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Bakı Beynəlxalq Caz Festivalına marağın daha da artmasına və onların asudə vaxtlarının səmərəli şəkildə təşkilinə zəmin olacaqdır.
Marşrutun proqramı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://mct.gov.az/medias/media/other/410/musiqi-turu.pdf
-
Bizim sözümüz imzamız qədər dəyərlidir
...
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...