25 yaşlı gənci “cinçıxarma” adı ilə döyüb öldürdülər
Şabran rayonunda 6 nəfər bir şəxsi döyərək öldürüb. Onlar psixoloji problemləri olan 25 yaşlı Murad Soltanovu bədənindən “cin çıxarmaq” üçün döyüblər.
Məlumata görə, M. Suoltanov Bakının Binəqədi rayonunda yaşayıb. Atası Şahin Şabranda belə bir müalicə üsulu olduğunu öyrənib və noyabrın 9-da oğlunu ora aparıb. Həmin gün “cinçıxarma” prosesi saat 22 radələrindən başlayaraq 2 saat davam etdirilib və bu müddət ərzində onu çubuqla döyüblər.
M.Soltanovdan “cin çıxaran” şəxslər isə Şabran rayon sakinləri Fizuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov olub. Onlar prosesi V.İbrahimovun Ali Mustafayev küçəsi ev 19-da yerləşən mənzilində həyata keçiriblər. M.Soltanovun meyiti də həmin evdən tapılıb.
25 yaşlı gənci öldürən şəxslərin vəhhabi təriqətinin üzvləri olduqları bildirilir.
Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...
-
Narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib - DSX
...
-
Rəşad Dağlının həmin gün dedikləri - İlk video
...
-
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
...
-
DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi, saxlanılanlar var - Video
...
-
DTX və DMX birgə əməliyyat keçirib, Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb
...
-
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
...
-
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
...