“Whatsapp”da dərmanla bağlı yayılan məlumatlara - Nazirlikdən reaksiya
Bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp” vasitəsi ilə əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan şayiəyə Səhiyyə Nazirliyi münasibət bildirib.
Şəbəkə vasitəsi ilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).
Son günlərdə şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və.s. yayılır.
Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...