Taleh Qaraşov Balıqçılar qəsəbə sakinləri ilə görüşdü
Dünən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Balıqçılar qəsəbəsində keçirib. Rayon mərkəzindən 39 km məsafədə yerləşən qəsəbənin sakinləri İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşü razılıqla qarşılayıblar.
Görüşdə çıxış edən vətəndaşlar son illərdə Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən mühüm sosial əhəmiyyətli tədbirləri, genişmiqyaslı quruculuq-abadlıq işlərini yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar qəsəbədə evlərin kütləvi şəkildə qazlaşdırılmasının, yüksək gərginlikli elektrik xətlərinin yenilənməsinin, gündəlik olaraq istifadə etdikləri magistral yolun yenidən asfaltlanmasının dövlətin qayğısı kimi onlara sevinc və rahatlıq gətirdiyini bildiriblər.
Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...