Nəsimidə də Əlillər günü qeyd olunub
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı 268 saylı Xüsusi məktəbdə təhsil alan əlil uşaqların iştirakı ilə müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.
Müxtəlif dərəcəli əlilliyi olan, əqli və fiziki qüsurlu 798 nəfər uşağın təhsil aldığı 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev məktəbin müəllim kollektivi və valideynlər adından əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Tədbirdə saglamlıq imkanları məhdud olan uşaqlara hədiyyələr təqdim olunub.
Eyni zamanda Beynəlxalq Əlillər Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müharibə əlilləri və veteranları ilə görüş keçirilib. Görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdədiqəlik sükutla yad edilib.
Tədbirin sonunda ictimai-siyasi fəallığına görə bir qrup müharibə veteranlarına Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin “ Fədai” və “ Vətən naminə” medalları təqdim edilib.
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...