Qadın futbolçuları zorlayıblar - federasiya rəhbərliyi həbs olundu
Əfqanıstan ınmilli futbol komandasına qarşı cinsi və fiziki zorakılıq iddiası irəli sürülüb.
Ölkənin futbol federasiyasının prezidenti də daxil olmaqla, beş səlahiyyətli şəxs həbs olunub.
Əfqanıstan prezidenti Əşraf Qəni İngiltərənin "The Guardian" qəzetində gedən yazıdan sonra prokurorluğa müvafiq araşdırma aparılması üçün göstəriş verib.
Britaniya qəzeti iddia edib ki, Əfqanıstanın qadınlardan ibarət futbol komandasının üzvləri mütəmadi olaraq futbol federasiyasının rəhbərliyi tərəfindən zorlanıb və döyülüb. Bu kimi "şok" iddialara aydınlıq gətirmək üçün prezident "hərtərəfli istintaq"ın aparılmasını istəyib.
Əfqanıstanın baş prokurorluğunun sözçüsü Cəmşid Rəsul AFP-ə ( Agence France-Press) bildirib: "Araşdırmaları hərtərəfli aparmaq, dəlil toplamaq və ədaləti təmin etmək üçün prokurorlar qrupu bu rəhbər şəxsləri həbs etməyə qərar verdi".
„The Guardian“ məlumat yayıb ki, Əfqanıstan Futbol Federasiyasının (AFF) qərargahında və fevral ayında İordaniyada keçirilmiş təlim-məşq toplantıları zamanı qadın futbolçulara təcavüz olunub.
Ölüm təhdidi aldıqdan sonra ölkəni tərk edən və əvvəllər Əfqanıstan qadın millisində kapitan olmuş Xalidə Popalı da bu ittihamların haqlı olduğunu bəyan edib. O, sosial şəbəkələr üzərindən əfqanları bu zoraklığa etiraz etməyə səsləyib.
Əfqanıstan Futbol Federasiyasının sözçüsü Safi Sadab AFP-ə bildirib ki, federasiya "istintaqla əməkdaşlıq etməyə hazırdır".
FIFA bu araşdırmaları diqqətlə izləyir.
Danimarka idman geyim şirkəti “Hummel“ isə bu biabırçılıqdan sonra Əfqanıstanın qadın komandası ilə sponsorluq razılaşmasını ləğv etdiyini açıqlayıb.
Əfqanıstan qadın futbolunu inkişaf etdirmək üçün 4 il əvvəl ciddi addımlar atıb. Ölkədə kişilərlə paralel olaraq ilk qadın futbol liqası təsis edilib.
2017-ci ildə qadın futbol komandaları maliyyə çatışmazlığı üzündən Əfqanıstanda fəaliyyətini dayandırıb.
Xəbər bu linkdəki yazı əsasında hazırlanıb: http://www.arabnews.com/node/1417946/world
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...