“Siyasi fəaliyyətimi buradan başlamışam” - Prezident
Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.
Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Prezident çıxışından sonra sakinlərlə söhbətləşib:
- Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Allahverdi Məmmədov: Cənab Prezident, Qobustana ikinci dəfədir gəlirsiniz. Sizin gəlişiniz bizim üçün bayramdır. Bu bayramı bizə nəsib etdiyinizə görə Sizə minnətdarıq.
Qobustan qəsəbəsinin əhalisi adından, ağsaqqallar, ziyalılar adından Sizə “Xoş gəlmisiniz!” deyirik, Sizə uğurlar, cansağlığı arzulayırıq. Allah Sizi bizə çox görməsin.
- Prezident İlham Əliyev: Çox sağ olun, Qobustan qəsəbəsinin, bütün Qaradağ rayonunun sakinlərinə salamlarımı çatdırın. Bilirsiniz ki, məni Qaradağ rayonu ilə uzun tarix birləşdirir. Mən öz siyasi fəaliyyətimi buradan başlamışam.
Allahverdi Məmmədov: Mehriban xanım bizim Qobustan qoruğunu 2007-ci ildə UNESCO-ya daxil edib. Bizim bu Qobustanı dünyaya tanıtdırdığı üçün sevimli Mehriban xanıma minnətdarıq.
Mehriban Əliyeva: Çox sağ olun.
Allahverdi Məmmədov: Qəsəbəmizin sakinləri adından Sizə də minnətdarlığımızı bildiririk, cənab Prezident, çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...