Azərbaycanda heyrətamiz olay : DYP sürücü olmayan zərdablı tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı – Foto
Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsi tələbəyə cərimə yazıb.
Bu barədə barəsində protokol tərtib edilən Zərdab rayonunun İsaqbağı kənd sakini Eminov Nurəddin Bəhlul oğlu bildirib.
N.Eminov deyib ki, 2019-cu ilin fevralın 4-də onun yaşadığı ünvana, yəni Zərdab rayonu İsaqbağı kəndinə Bakı şəhər Binəqədi rayon Polis idarəsinin DYP şöbəsindən 5 ədəd məktub daxil olub. Həmin məktublarda bildirilir ki, o, sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozub və cərimələri ödəməlidir.
“Mən hal-hazırda Bakı şəhərində təhsil alıram, tələbəyəm və heç əmək fəaliyyəti ilə məşğul deyiləm”, deyə o bildirib.
DYP-nin göndərdiyi protokolda qeyd edilir ki, N.Eminov onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, nəqliyyat vasitələrini idarə etmək hüququnu 6 aydan 1 ilədək məhdudlaşdırılması üçün məhkəmə orqanı qarşısında vəsatət veriləcək.
DYP həmin sənədləri baxılması üçün məhkəməyə də göndərib.
Nurəddin Eminov pozulan hüquqlarının bərpa olunmasını xahiş edir.
Maraqlısı budur ki, sürücü olmayan və avtobus idarə etməyən bu tələbənin sürücülük hüququndan məhrum edilməsinə hansı əsaslarla qərar veiləcək?
Ən qəribəsi isə odur ki, DYP “sürücü”nün hansı qaydaları “pozduğunu” və nəqliyyat vasitəsinin dövlət nömrə nişanını göstərməyib.(Avropa.info)
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...