Özünü yeni prizmadan tanımaq üçün əla fürsət - VIDEO
“İnsan: özünü tanı” yeni tədris proqramının başlanması. Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcəklər. 2019-cu ilin mart ayından dekabr ayına kimi “Yarat” Müasir İncəsənət Mərkəzi özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü tanı” proqramını təşkil edir.
Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər. “Yarat” Mərkəzinin təsisçisi Aida Mahmudovanın sözlərinə görə “Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək.
Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:
1. Mən indi və burda: zehni bacarıqlar
2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları
3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış.
4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları
“Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa effektiv kömək edir”, - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir.
Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəlliflər dəvət olunublar. Mart ayından etibarən və 2019-cu il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:
Diqqətin yönləndirilməsi
Emosional özünütənzimləmə
Özünüidarə qabiliyyəti
Stress müqavimətliliyi
Effektiv istirahət
Pozitiv psixologiya
Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.
Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz.
Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək:
Giriş dərsləri – ümumi, tanışlıq məlumatı ( 2 saat)
Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər)
Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq. O, özünün məşhur “Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrəncəksiniz. Bu təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər. Təqdimat mərasimi martın 7-də, təlimlər isə 2019-cu il martın 8-də və 9-da başlayacaq.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...