Lənkəranda da Aprel şəhidlərinin xatirəsi anılıb
6 aprel 2019-cu il tarixdə Lənkəranda 2016-cı ilin aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş Ağayev Rusif İbrahim oğlu və İslamov Əlizamin Fərrux oğlunun xatirəsi ehtiramla yad olunub. Bu münasibətlə rayonun Hirkan qəsəbəsində və Cil kəndində anım mərasimləri keçirilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, İcra aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və KİV təmsilçilərinin iştirak etdiyi mərasimdə şəhidlərin qəbirləri ziyarət olunaraq üzərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb. İcra başçısı Taleh Qaraşov şəhidlərin valideynləri və doğmaları ilə görüşərək bir daha qayğıları ilə maraqlanıb və Vətən üçün canından keçən layiqli övladlar tərbiyələndirdiklərinə görə onlara təşəkkürünü çatdırıb.
Mərasim zamanı məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər oxunub və mahnı səsləndirilib. Hər iki şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısına və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...