Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması Salyan rayonunda da sevinclə qeyd olunub, bu münasibətilə ağacəkmə aksiyası keçirilib
Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, Salyan rayonunda da sevinclə qeyd olunmuşdur.
Bu əlamətdar hadisə münasibətilə aprelin 8-də Salyan rayon Heydər Əliyev adına parkda gənclərin iştirakı ilə fləşmob keçirilmişdir. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələri və sakinlərin iştirak etdiyi tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilədavam etdirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycanda əhalinin sayının dinamik templə artmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin, əhalinin, o cümlədən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsi olduğunu bildirmişlər.
Rayonda Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası da keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri bu sevincli hadisə münasibətilə təşkil olunan aksiyada fəal iştirak etmişlər. Aksiya zamanı 500-dən çox ağac əkilmişdir. Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcəkdir.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...