Heydər Əliyevlə bağlı sərgi-konfrans keçirilib
Gömrük Akademiyasında Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərgi-konfrans keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, konfrans Gömrük Akademiyası, Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.
Akademiyanın rəisi Qulu Novruzov bildirib ki, hələ sovet dönəmində Heydər Əliyev təhsil sahəsinə böyük önəm verib, Azərbaycan gənclərini keçmiş SSRİ-nin ən mütərəqqi ali məktəblərinə təhsil almağa göndərib. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirildiyini deyən Akademiya rəisi 2007-2015-ci illərdə 3500-dən çox tələbənin xüsusi dövlət proqramı çərçivəsində bütün xərcləri ödənilməklə dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərildiyini xatırladıb.
O, Gömrük Akademiyası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov 1994-1996-cı illərdə ümummilli lider Heydər Əliyevin 4 dəfə kitabxanaya gəldiyini, kitab təqdimatında və açılışlarda iştirak etdiyini deyib. Kərim Tahirov ümummilli lider Heydər Əliyevin kitaba verdiyi böyük dəyərdən söz açaraq onun şəxsi kitabxanasından olan kitabları şəxsən hədiyyə etdiyini deyib.
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov və Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan danışıblar.
Tədbirin sonunda Akademiya rəisi Qulu Novruzov Milli Kitabxananın direktoru Kərim Tahirova Akademiyanın “Fəxri qonaq” plaketini təqdim edib.
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...