Azərcell” 3 minədək insanı pulsuz müayinə etdirdi - Foto
“Azercell” və Xəzər TV-nin birgə təşəbbüsü ilə “Azercell”in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər.
Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən ümumilikdə 3000-ə yaxın insan faydalanıb.
Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində Xəzər TV və “Azercell” rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin Azercell şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
“Azercell”in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...