“Rəqib adi komanda deyil” - Roberto Bordin
“Rəqib adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik”.
Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Moldova klubunun asan rəqib olmadığını bildirib: “Təbii ki, Moldova çempionatını, “Speranta”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.
Qeyd edək ki, “Neftçi” və “Speranta” arasında ilk oyun iyulun 11-i “Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...