3 ay əvvəl açılışı olan parkın hazırkı vəziyyəti - Fotolar
Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.
Sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən açılışı edilib.
Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin məsul işçisi Bərxudar Bərxudarov bildirib ki, park sakinlərin istifadəsindədir: “Orada hər bir şərait yaradılıb ki, sakinlər rahat istirahət etsinlər. Park baxımsız vəziyyətdə deyil. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları parka qulluq edir, ağacları mütəmadi olaraq sulayır”.(qafqazinfo)
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...